Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Çingiz Əlioğlu. Çıppır-çıppır tər tökür...


çıppır-çıppır tər tökür
pambığ çöpü, çırpı yığan.
qamış kimi, çubuq tək
yağış çırpır
çöldəki çoban-çoluq,
əkinçi-biçinçini.
allah insaf versin
əzrayılın tutanda cini
cüzam çırpır həyat ağacından
insanları tut kimi.
çırpılırıq…
qayğıların çalağan çaynağında
çırpınır insan.
daha nə çırt-pırtı təmiz söhbətin, -
çoxumuz o dünyamızı da
qazana bilmədik, -
çırthaçırt qaynayır cəhənnəmdə tiyan…
… hər səhər eyvandan
yataq ağını
küçəyə çırpdıqca arvad
hissə-hissə eşiyə
çırpıldığımı
hiss edirəm mən də…
XS
SM
MD
LG