Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 08:10

Cəlal Allahverdiyevi canlı efirdə ağladan səbəblər...


Cəlal Allahverdiyev
Cəlal Allahverdiyev

AzadlıqRadiosunun «İşdən sonra» proqramında BDU-nun müəllimlərinin Ziyalılıar Forumuna qarşı bəyənatından danışan, bəyanatda imzası olan akademik Cəlal Allahverdiyev canlı efirdə göz yaşlarını saxlaya bilməyib. Cəlal Allahverdiyev deyib ki, onu bu bəyanatı imzalamaq üçün çağıranda o bildirib ki, o bəyanatda bəzi məqamlarla razılaşmır.

Gözlə

No media source currently available

0:00 0:49:16 0:00
Direct-ə keçid



«Ziyalılar forumu haqda deyilən mənfi sözlərin çoxusu ilə mən razı deyiləm. Orada yaxşı, layiqli adamlar var. Mənim əsas fikrim o idi ki, Rafiq Əliyevi düzgün çıxarmayıblar. Rafiq Əliyev ADNA-nın ən yaxşı kafedra müdirlərindən biridir».

Akademik deyir ki, o Rafiq Əliyevi kafedra müdiri olmağa tam layiq hesab edir. Və bu bəyanatı da Rafiq Əliyevin müdafiəsi üçün imzalayıb. Akademik də hesab edir ki, Ziyalılar Forumun tənqidlərində qeyri-adi heç nə yoxdu.

«BİZİM BU SAAT ÖLKƏMİZDƏ TƏNQİD OLUNMALI ÇOX ŞEYLƏR VAR VƏ BU DÖVLƏTİN VƏ XALQIN XEYİRİNƏDİR»

Cəlal Allahverdiyev deyir ki, Ziyalılar Forumundakı adamların çoxunu tanıyır:

«Onlar düzgün adamlardır. Ola bilməz ki, onlar nadürüst işlə məşğul olsunlar».

Akademik deyir ki, o çox illər Azərbaycanda yaşamayıb və Azərbaycanın həmişə müstəqil olmasını arzulayıb:

«Mən çox sevinirəm ki, Azərbaycan müstəqildir. Amma mən Azərbaycanın rüşvətxorluq yuvası olmasını istəmirəm. Mən bu dövləti çox sevirəm. Mən bu xalqı çox sevirəm. Mən elə bilirəm ki, bu böyük bir xoşbəxtlikdir ki, bizim bu xalqımız öz dövlətini qurub. Bu böyük xoşbəxtlikdir. Bunu qorumaq lazımdır. Amma bunu qorumaq adı ilə bunu soymaq düzgün deyil. Mən bununla razı deyiləm».

O deyib ki, cəmiyyətdə hər şeyin gözəl olması üçün hər bir adam düz adam olmalıdır, onun məqsədi hərəkəti ilə uyğun gəlsin. Ancaq insan hazırda ətrafda baş verənlərə baxanda narahat olmaya bilmir:

«Mən ətrafıma baxanda narahat olmaya bilmirəm. Təhsildən də narahatam, səhiyyədən də, başqa şeylərdən də... Təəssüf ki, mənim əlimdən heç bir şey gəlmir».

Bəyanatdan sonra dediklərinə görə təzyiqlərin olmasından narahat deyilsinizmi sualına cavabında isə akademik belə cavab verib:

«Ləyaqətli adam mənim kimi adama şəxsi problem yaratmaz. Nalayiq adamlar hamıya şəxsi problem yaradırlar. Heyf ki, camaat buna dözür».

XS
SM
MD
LG