Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:31

Məhəmməd Rza Ləvai. Dovşan


Səhərin bir üzüdür dovşan
Susuz torpaqda bir parça buz
Düşmən yarasına bir ovuc duz
Bir uşaq oyunusa xilqət
Fırfıra bitmiş o əlbətt
Dağların üzünü ağ etmiş
Yeni yağılıq becərtmiş
Yaradılışın ləkəsiz varağı
Dovşan mehriban yağı
Birisinin əlindən buraxılan qar gülləsi
Birisinin əlində qaymaq bəlləsi
Qəfildən sıçrayan göz yaşıdır
Gözəllik binasında mərmər daşıdır
Kim onu güllələmiş axı?
Pambıqla qan dəribsən sanki
Çırpınır əllərimdə son saatını
Toplayıb ovcuma həyatını
Ürəyimdir ovcumda
Ağ dəsmalıma qan qusmuşam ya da
Tanrının ağzından düşən diş
Məzlumlar ahıdır çöllərə düşmüş
Yaradılışın duzudur
Səhərin bir üzüdür
Yaşamağa bəhanə gəzsən
Dovşan özüdür!


kultaz
XS
SM
MD
LG