Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:12

Məlihə Əzizpur. Bayatı kimilər


Ağlı - qaralı dağlar

Məndən aralı dağlar

Soruşsalar yurdumu

Deyim haralı, dağlar ?

2

Bu şəhərə qar gəlir

Dünya mənə dar gəlir

Öz doğma toprağımda

Qurbət mənə ar gəlir

3

Bu günlər qara günlər

İçimdə yara günlər

Alovlanan könlümü

Çəkirlər dara günlər

4

Gülü dəstə Təbrizim

Boyu bəstə Təbrizim

Bu qara qiş bitəcək

Olma xəstə Təbrizim

5

Bu qaranlıq şəhərdə

Boğazımız qəhərdə

Acı dadlı ağzımda

Bal da zəhər - zəhər də !

6

Arazdan keçən mi var ?

Suyundan ıçən mi var ?

Niyə lillənib yenə?

Ürəyin açan mi var ?

7

Asta - asta gəzirsən

Qəm - kədəri əzirsən

Mənim itginim vardı

Araz sən nə gəzirsən ?

8

Bilmirəm haralısan

Harandan yaralısan

Gözlərindən bəlli dir

Elindən aralısan

9

Ay lalalar - lalalar

Arı güldən bal alar

Haqqqımızı alarlar

Beşikdəki balalar

10

Qara sözlü qarqalar

Min bir üzlü qarqalar

Gör nə höküm sürürlər

əmmaməli darğalar !

11

Qurşuna gülən güllər

Açmadan solan güllər

Fələyi qarğımayın

Qalxıban düşən günlər

12

Ver yaranı dağlayım

Məlhəm qoyum bağlayım

Mən ağıt başarəmıram

Sən oxşa , mən ağlayım

13

Bu yollar gedir hara?

Yoxluqdan gedir vara

əynindəki yaralar

Nə də yaraşır yara ! ! !


"Dayaq"
XS
SM
MD
LG