Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:10

Sevinc Pərvanə. Acıma hissini öldürmək, Ev dustağı...


















Acıma hissini öldürmək

kaş ki,
uşaqları bu qədər saf yaratmasaydın, İlahi
əclaf doğulsaydılar
daşürək olsaydılar
elə insan yaransaydılar bəri başdan
bundan yaxşıydı

onda mənim ürəyim
bu qədər parçalanmaz
təşviş nədi, bilməzdi...
iki yaşlı körpəmin ürəyi yanmazdı
əlimdə doğradığım toyuq ətinə
deməzdi
ana, toyuq ətinin yarası var
maz gətirək mazlayaq
dəsmal gətirək bağlayaq
sonra əyilib ustufca
üfürməzdi
başsız-ayaqsız toyuğun
boğazındakı yaraya
“ölüm tarixləri məlum
doğum tarixləri yoxdur broylerlərin
toyuq çoxdan yoxdu
toyuq çoxdan ölüb, quzum
altı ay bundan əvvəl”
acıma hissini öldürürəm...
körpəmin gözlərində
sual
sual
sual


Ev dustağı

nəyi yaxşıdı ev dustağı olmağımın
bilirsənmi,
beş il əvvəlki tək təzə qalmış
ayaqqabılarım
burunları yeyilməmiş
dabanları dağılmamış
bir-ikisini körpə qızım
qadın olmağa tələsən qızım
geymiş ortalıqda
dabanını qırmış

bax bu səndəl Aliyənin toyunda
tuflilərsə Nərminin toyunda alınmış
hərəsi bircə kərə geyilmiş
çəkdirdiyim şəkillərdə belə gizlənmişlər...

bəlkə sevmişdilər ayaqlarımı
doyunca tərləmədilər
qoxlamadılar qadın barmaqlarını
çıxmadılar adam arasına
öyünmədilər
ayaqlarıma yaraşdıqlarına...
atıldılar evin bir küncünə
bozardılar
qızardılar
qaraldılar kimə nə?

nə sildim
nə parıldatdım
qızıma oynatdım eləcə
bir vaxt
qızımın ayaqları böyüyəcək
onda qızım onları bəyənməyəcək
onlar qoca, qart ayaqlarımı
XS
SM
MD
LG