Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:53

Murad Köhnəqala. Bizim nöyüt, Sözünü gülnən kəsirəm


BIZIM NÖYÜT

El bilir ki ağsaqqallar nöyüt satır erməniyə
çerez Gürcüstan
Azərbaycan, Azərbaycan

Boş vaqonlar geri yola düzələndə
gecə yarı dümsükləşə-dümsükləşə
qoşulanda bir-birinə
soruşurlar əyriburun gürcüdən:
Bura hansı stansiyadı?
Cavab yerinə bir gurultu qopur
Qurr-qurr, Curr-curr, Stan-stan…
Azərbaycan, Azərbaycan !

Gürcü cildinə girmiş o erməni
nə desə yaxşıdır bizim vaqona:
«Ara, salam apar bizim Vağana !» -
ayrılarmı könül candan
Azərbaycan, Azərbaycan…


SÖZÜNÜ GÜLNƏN KƏSİRƏM

Eşitdim müstəqillik əldə eləyibsən
sağlığına qismət

Əlimi xeyirliyə uzadım
bu tərəfdən, İrandan
düyü gələr, xeyir gəlməz

Terrorçulara qarşı tort yeyək
balalarının toyunda

Sözünü unutma, dərdini unut
Qarabağsız hər vaxt dilənəcəksən
çünki sənə hər zaman
şərəfsiz şey kimi baxacaq dünya

Sözünü gülnən kəsirəm
atəşkəs dövründə villa tikilməz
güllə kəsilər

Sözünün qabağında balaların dursun
elmə can at,
təsbehə əl urma!
XS
SM
MD
LG