Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:16

Zümrüd Yağmur "Əlvida azadlıq. Salam ölüm" (Hekayə)


O həbsxananın divarlarından axan qapqara suya nifrət edirdi, burda olmaq ona əzab verməsə də əsəbləri pozulmuşdu, elə ona əsab verən də bu idi.

İllərdi həbsdəydi, əvvəllər o qədər əzab cəkmişdi ki, elə bil əzabı yaşamaq limiti bitmişdi, daha əzab cəkmyi bacarmırdı.

O cani deyildi, quldur da deyildi, hec kimsəni bir sözlə belə incitməmişdi,amma burada idi və bundan əzab cəkməmyə vərdiş etdiyi bu illər ərzində sadəcə ömrünün bu hissəsini özünü qorumağın yollarını, formasını soyuqqanlılıqla müəyyən edib burada yaşamağı deyil, olmağı bacarmaq üçün sakitliklə divarlara alışmağa başlamışdı.

Onun burda olması haqsızlıq idi, bunu hər kəs bilirdi, hətta onu burada atmışlar da, amma burada olmalı idi, cünki onun kimilərin hamısı bu yolu kecmişdi…
Bütün azadlıq aşiqlərini azadlıq düşmənləri məhv etmək istəmişdi…

O da buna görə burda olduğunu və yaşadığı ölkədə azadlıq, azad düşünmək istəyinin bədəllərinin olduğunu əvvəlldən bilirdi.

Kimsə onu bu yola vadar etməmişdi, qanında azadlıq axırdı, inadkar azadlıq, arıq vücudundakı bütün hüceyrələrində hərəkət edən bu aşıqlik axırda onu dərvişə çevirmişdi və elə buna görə də gəlib bura cıxmışdı…

Dərvişin həbsxana həyatı dəhşətli idi…

Amma o peşman deyildi, onun azadlıq istəyini yaşadıb qanı ilə bütün bədəninə yayan hüseyrələrini belə sevirdi.

Köləliyə nifrət edirdi, eynən valideynlərinin ona aşılamaq istədiyi o kifsəmiş ağıl kimi, eynən qardaşının tutduğu yoldakı yaltaqlıq kimi, ya da ətrafında hamıdan eşitdiyi , adına is dedikləri iylənmiş fərasətə nifrət etdiyi kimi…

Bir arvadını sevirdi, bir arvadının hüceyrələrində azadlıq eynən onunku kimi qanı ilə qəlbinə, bədəninə yayılırdı və bu bədənlər birləşəndə o dünyanın ən bəxtəvər adamı olurdu, təkcə bir qadın sevdiyi ilə deyil, həm də özündən kənarda olan tək azadlıqla qovuşurdu, güclənirdi, dünyanın ən qorxmaz adamına cevrilirdi.

Yazdığı yazını yazmaq istəyəndə də xanımı ona dəstək olmuşdu, anası qışqırmışdı, qardaşı işindən olacağından gileylənib onun qardaşlığından imtina etmişdi, öz kədərlərindən yazıb bunu da yazı kimi camaata sırıyan cox yazar dostları da “başına iş qəhətdir” deyib onu düş yola gətirmək istəmişdilər.

Bir necə nəfər dostusa onunla həmfikir olduğunu bildirmişdi, amma “ sənin yazdığını kimsə oxumayacaq, hətta camaat da sənə nifrət edəcək, onlardan, qorxaqlığından, yaltaqlığından , köləliyindən də yazırsan axı.

Kim sevəcək səni, elə bilirsən səni alqışlayacaqlar, elə onların əli ilə tutarlar səni, bilmirsən burda azadlıq deyənin dilini necə kəsirlər…”

Eynən də belə olmuşdu, eynən onu bu cür həbs etmişdilər, bir yığın “ziyalı” bir yerə yığılıb xalqı təhqir etdiyinə görə önu məhkəməyə vermişdi…

Beləcə xalq “təhqirdən” qurtarmışdı və hamı da rahat nəfəs alıb yarı ac, yarı tox, yarı soyuq, yarı isti evlərində gündüzlər ona -buna min fırıldaq gəlıb qazandıqları cörəyi rahatlıqla yeyib televizorun qarşısına keçəcəklərdi, qeyri- qanuni uşaq dünyaya gətirmiş müğəninin uşağının atasının axtarışına sərf edilmiş verlişə ləzzətlə baxıb elə eyni ləzzətlə də sabah dayandığı piştaxtanın atxasından qonşu piştaxta yoldaşı ilə bu barədə söhbət edib sonra da üztündən ləzzətlı bir qəhqəhə də cəkib güləcəklərdi…

Əzənlər əzməyində idi..

Əzilənlərdə əzilməyində…

Sakitlik də hökm sürürdü, sabitlik idi…

Yetər ki, əzən əzməyindən doymadığı kim əzilən də əziləmyindən narazılıq etməsin…

Bu baş vermədikcə kimsə kimsənin işinə qarışmayacaqdı…

İndi durub biri, yəni o cıxıb bir yazı yazmışdı, hec kitab kimi cap etdirməyə pulu da yox idi, eləcə üzünü çıxarıb ona buna paylamışdı, yəni min əziyyətlə əldə edilmiş sabitliyi pozmuşdu.

Hamı qəzəblənmişdi, əzən də, əzilən də…

Kimin ixtiyarı vardı ki, əzilənə kölə desin, kölə deyillərdi, haqqları da taptanmırdı, çünki onların haqqı deyə bir şeyi yox idi, kim, nə zaman vermişdi bu haqqı onlara…

Əzənlər də qəzəbli idi, kim bu ac, yoxsul yazara haqq vermişdi ki, burda azadlıqdan, haqqdan danışsın, harda səhv edib niyə gözdən qacırmışdılar ki, burda bir başı papaqlı qalmışdı, indi də başını qaldırıb onlara quldur deyirdi…

Hamı, bütün xalq qəzəbləndi, təhqir olundu, tarixdən belə, qəhrəmanlar eşələndi, hər şey alt-üst edildi, elə bu tarixi qəhrəmanlarla da sübut etdilər ki, doğrudan da xalq təhqir olunub, təhqir edən də gərək cəzalandırılsın.

Və beləcə onu cəzalandırıb bu həbsxanaya göndərdilər…

Axı o müdrik və səbrli xalqın müdrik siyasətinin düşməni idi…

O azadlıq olan bir yerdən gəlib bura düşməmişdı, sadəcə acıq həbsxananın qapalı formasına kecid etmişdi…

Tək darıxdığı, nigaran olduğu xanımı idi, bir də dünyaya gəlməsindən həmişə peşmançılıq cəkdiyi qızından…

Onu da özləri kimi cəhənnəmə atmışdılar…

İcinə azadlıq istəyi qoyub böyütmüşdülər, indi gəl yaşa bu həbsxanada azadlığı necə yaşayırsan…

Onun azadlıq eşqinin bədəlini qızı da ödəyəcəkdi…

Tək etdiyi səhv bu idi…

Qızı dünyaya gəlməməli idi…

Burda, yaşadığı yerdə gəlməməli idi..

Onu həbsxananın icində həbs edib bura salmışdılar, amma ürəkləri soyumurdu, yenə həbs edib indi də quvbaka salmışdılar, o da divarlardan axan qapqara suya baxa -baxa azad olmağın yollarını düşünürdü…

Ola bilməzdi axı, bir yolu olmalı idi, mütləq, bir yol vardı, burdan qurtulmağın ola bilməzdi ki, hec bir yolu olmasın…

Amma tək beyninə gələn ölüm idi..

Ən qısası, sakiti, kimsənin mane olub, qarşısını ala bilməyəcəyi bu idi …

Bu azadlığa görə ondan kimsə imtina edub lənət də yağdırmayacaqdı…

Bunu bilirdi, fərsiz oğul, anlamaz qardaş kimsəyə lazım deyildi…

O kimsə üçün qəhrəman da olmaq istəmirdi.

İndi hamının qəbul etdiyi qəhrəman olmaqdansa kölə olmaq daha şərafətli idi…

O nə qəhrəman olmaq istəyirdi, nə də şərafətli kölə…

“ Vay, vay, bura dəhşətdir ki, bax ha, şərafətli köləlik… adam olanın qanı donur, amma adam olan kim…

Nə qədərdir burda şərafətli köləlikdən qanı donan…

Nə adamı, hec özünü Allah bəndəsi adlandıran Allaha deyil, bu quldurlara bəndə olmaqdan şərəf duyur, dindar deyil axı, dindar işləyir sadəcə, ştatında da dindar sifətində şeytana fatihə vermək vəzifəsi yazılıb, ildə bir-iki dəfə bu fatihəni verdi, vəssalam, dindar işcinin işi bitdi…

Bu dindar işləyənləri, özlərinə ziyalı deyənlərin ziyasının işığı ancaq elə ayağının altına bəs edir ki, hökmdarın sarayına gedib cıxa bilsinlər, birdən yolda azıb azadlıq olan yerə gedib cıxa bilərlər, onlara bu lazımdır, yox, bu ki, ağılsızlıqdır.

Bizdə siyalı ağılsız olsa , belə ağılsızlıq etsə onu nə hökmdar bağışlayar, nə də təəbələri…

Qaldı bu adamların alıb satanları ki, onların piştaxtasının üstünə nə gəlsə satacaqlar, adını da qoyacaqlar bir tikə cörək pulu, bununla da iş bitəcək, onları da kec…

Hökmdara, əyanlarınadakı söz ola bilməz…

Hər şeyi yerli yerində…

Daha kim qaldı…

Kimsəyə lazım olmayan “bizimkilər”…Onlar da kimsəyə gərək deyil, nə əzənə, nə əzilənə…

Azadlıq bu yerlərdə daha əkilib bicilmir...

Allah da bu yerlərin əkin bicincilərindən üz döndərib, nə qədər nahaqq əkib nahaqq da biçmək olar…

Allah nə eləsin, bezdi də… Allah olanda nə olar, bir əkib bicənin yadına haqq, nahaqq düşür ki, Allahın da yadına bura düşsün…”

Bəs onda necə etsin, necə…

Ölmək və qurtulmaq…

Yaxşı bəs xanımı, qızı necə olsun…

Bir tərəfdə azadlıq, bütün hüceyrələrində dolaşan, onu hərəkətə gətirən bu istəkdən azad olub həmişəlik Azad olmaq…

Bir tərəfdəsə ailəsi ilə birgə bu azadlığın yandırıcı yanğısı ilə yaşamaq…

Xanımının hərarətini, qızının təbəssümünü xatırlayıb dərindən köks ötürdü…

Onu zorən kölə etmək istəyənlərələ işi bitmişdi onun, daha arxayın idi, bilirdi ki, kimsəyə onun düşüncələri lazım deyil, kimsəyə də onun qəhrəmanlıqı lazım deyil.

Birinin üçündə ikrah, digəriuni üzündə bezginlik, bir başqasının üzündəsə qəzəb yaradan varlığı , düşüncələri burda olmamalı idi, əgər başqa dünya, axirət mövcud idisə ora getməyin vaxtı catmışdı.

Dinə görə özünü öldürmək günah idi və o cəhənnəmdə yanacaqdı, amma bu qorxulu deyildi, qoy desinlər ki, “ bu şəxs insanların yaşadığı yerlərdə azadlıqdan yanıb, axırda da yanmağın acısına dözməyib özünü öldürüb, indi də bura yanmağa gəılib.

Atəş insanı arındırır, təmizləyir, cəhhənnəmin atəşi də məni icimə bu dünyadan yığılmış naqisliklərdən təmizləyəcək, tərtəmiz olaram, istədiyim kimi… Bu dünyaya bulaşmış hec nə ilə cənnətə getmək istəmirəm.”

O qatı dindar olsaydı belə düşünəcəyindən əmin idi…

Onu “quvbak”dan on gün sonra çıxardılar…

Xanımı ilə görüşəndə onun da zəifləyib üzüldüyünü gördü, anasının gəlib gəlmədiyini soruşdu, xanımı başını bulayıb “ yox” dedi , sonra da əlavə etdi ki, qızı da ona salam göndərib.

O dərindən köks ötürüb başını aşağı saldı və indi başını aşağı salan azadlığa da nifrət etdi…

O burda yaşaya bilməyəcəyini də anladı, elə bu üzdən də xanımı ilə tələsik sağollaşıb, burdan getmələri üçün lazımı yerlərə müraciət etməyi tövsiyə etdi…
O bu dünyada oradan-oraya getmək istəmirdi…

Azadlıq istəyi də ölmüşdü, başını aşağı salanda azadlığın da onun aşağı əyilmiş başı ilə birgə əyilib sındığını hiss etmişdi.

Içindəki boşluq varlığını da əridərək düşüncələrindəki hər şeyi, uğrunda mübarizə apardığı dəyərləri, həyatını həsr etdiyi həqiqərləri, bir az bundan öncə ondan ayrılmış xanımına olan sevgisini, övladına duyduğu həsrəti, azad olacağına inamını bir heçliyə çevirmişdi. Bu heçlikdə artıq saydığı özündən tezliklə qurtarmaq istəyirdi.

Alçaldılmış, təhqir olunmuş, həbsxana divarları arasında sıxışdırılaraq zorlanmış azadlığı sevmək, onun uğrunda mübarizə aparmaq istəmirdi.

Ya daha ona lazım olmayan azadlıqdan üz döndərib yaşamağa boyun əyməli, ya da ki,

Xanımı ağır qapılardan cıxıb geri boylandı, o ərinin indi burda , artıq bu dünyada olmadığını bilirdi…

Əri özü ilə birgə azadlığın da boynuna ip salıb asılı vəziyyətdə sallanırdı…

İki şey bu dünyadan köcdü…

Biri insan…

Biri də insan düşüncəsindəki Azadlıq…
XS
SM
MD
LG