Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Üzeyir bəy HACIBƏYLİ "Bir «başıqapazlı»nın söylənməyi"


Bizim adımız başıqapazlıdır.

Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da, hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq.

Bilet alıb vaqona minirik, konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən?

Bilet almayıb vaqona minirik, yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən? Sonra da tutub cibimizi soyur.

Şəhər və kənd müəssisələrinin (uçrejdeniye) qapısında biz həmişə boynuburuq və əli qoynunda durub həftələrlə növbə gözləyirik. Axırda da «zavtra» ilə bir qapaz alıb, məyus gedirik.

Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə «bulvar» və «sad» deyilən təfərrücgahlara çıxırıq, qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil.

Tamaşa üçün teatrlara gedirik, pulla da bizə bilet vermirlər.

Görünür ki, ora dəxi bizim yerimiz deyil.

Küçələrdə gəzmək bizim üçün xatadır.

Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, «tfu, mənhus adama rast gəldim. İşim düz gətirməyəcək».

Axşamçağılarda da bizi qaradavoy və strajniklər soymasa, quldurlar soyur.

Dilənçilər də bizi görüb, təkəbbür satırlar. İtlər də hər yerdə tək bizə hürur, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik…
XS
SM
MD
LG