Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:54

Cəlil Məmmədquluzadə. Xanın təsbehi


Bakı ilә Tiflisin arasında dәmir yolunun Yevlax stansiyasından şosse yolu gedir Bәrdәyә, sonra Ağdama, buradan baş yuxarı gedir Şuşa qalası şәhәrinә. Ağdamdan sol tәrәfә şosse yolu gedir çıxır Qarabulağ şәhәrinә, buradan Cәbrayıla, Cәbrayıldan

yol gedib çıxır Araz qırağına.

Mәşhur Xudafәrin körpüsü hәmin buradadır.

Bir neçә il bundan әqdәm mәn hәmin bu körpünü keçdim, qalxdım İranın dağlarına. Buradan Qarabağ vilayәti başlanır, ta gedib çıxır Tәbrizә. Sol tәrәf Şahsevәn ellәri, sağ tәrәf Rusiya torpağının Avar sәrhәddi.

Yayın qabaq ayı idi. Arazın bu tәrәfindә isti çox şiddәt edirdi. Körpünü keçib qaldıq çayın o tәrәfindә, bir dağın әtәyindә. Sübh tezdәn qalxdıq Larcan kәndinә; Quluxana qonaq olduq. Üç gün burada qalandan sonra, baş yuxarı dağları qalxa-qalxa dәxi dә

sәrin vә dәxi dә sәfalı İran dağlarına qalxdıq.

İki gün yol gedib yetişdik mәşhur Kәleybәr qәryәsinә. Burada da iki gün qalandan sonra istәdik gedәk Әhәr şәhәrinә ki, sonra da oradan Tәbrizә yollanaq; amma haman vilayәtin mәşhur xanlarından Nәzәrәli xan İkrammüddövlә qabağımıza üç nәfәr atlı

göndәrib, bizi öz kәndinә qonaq çağırdı. Biz dә getmәyә bilmәzdik vә getdik.

Ağayi-İkramüddövlә Gәrmә-çataq kәndindә olurdu ki, hәmin kәnd dә vә qeyri әtraf kәndlәrin dә cümlәsi xanın öz әmlakından idi. Gәrmә-çataq kәndi Kәleybәrdәn dә dәxi uca olan dağların әtәyindә Mәrzәnli qәryәsinin sol sәmtindә sәfalı, balaca bir yaylaqdır.

Kәndin әhalisinin miqdarı olar tәqribәn iki yüz nәfәr. Yaxşı sәrin suları, gözәl otlanacaqlar.... Amma heyf vә sәd heyf, xanların arasında neçә ildә bir dәfә vaqe olan toqquşma nәticәsindә kәnd әhalisi macal tapa bilmir öz mәişәtini elә hala yetirsin ki,

asudәlikdә belә gözәl yerdә rahat yaşaya bilsin. Bir tәrәfdәn dә neçә il bundan qabaq orada üz verәn yatalaq azarı vә aclığın sәbәbindәn camaatın yarısı vә bәlkә dә yarısından çoxu qırılıb qurtarıbdır. Odur, çox yerlәr boş vә sahibsiz evlәr, qapı vә pәncәrәsiz binalar gözә sataşmaqdadır.

Xülasә.

İkramüddövlәdәn nәhayәt mehribançılıq gördük. Vaqeәn İranın mehmannәvazlığının mislini qeyri yerdә, zәnn edirәm, görmәk

olmaz.

Xanın әmrinә görә Gәrmә-çataq kәndindә bizә bir mәxsusi kәnd evi boşaldıb vermişdilәr vә bundan әlavә haman evin damının üstündә xanın xidmәtçilәri iki alaçıq qurmuşdular ki, istәsәk haman alaçıqlarda, istәsәk bizә verilәn eyvanda qalaq.

Nәzәrәli xan İkramüddövlә Qarabağ xanlarının әn insaniyyәtli vә әn tәrbiyәli xanlarından hesab olunardı vә xanın rәiyyәtlәrini danışdıranda da bir kәs tapıla bilmәz ki, xandan bir zәrrә qәdәr incimiş olsun.

Bununla bәrabәr xanın rәiyyәtlәrinә nisbәt rәftarına baxanda bizim kimilәrә çox qәribә gәlirdi. Bir nәzәr ilә baxanda haman rәftar başdan-axıra kimi zülm vә sitәmdәn ibarәt idi. Amma bir tәrәfә baxanda burada nә bir zülm, nә dә sitәm görsәnirdi. Bir surәtdә

dә ki, hәlә bәlkә demәk olar ki, rәiyyәtlәr asudә istirahәtlә dolanırdılar.

Mәmlәkәtdә bir müәyyәn qanun görsәnmirdi. Hökumәtә oxşar bir idarә yox idi. Mәmlәkәt hәmin İkramüddövlәdәn başqa heç bir qeyri hökumәt tanımırdı. Tәbrizdәn vә Tehrandan bir xәbәr vә bir әlaqә yox vә Nәzәrәli xan hәr bir kәsi asıb kәsә dә bilәrdi,

әfv edib hәr bir bәndәnin ömrünü ona bağışlaya da bilәrdi.

Mәhkәmә dә özü idi, qәzavat da özü idi, şәriәt dә özü idi.

Hәr bir kәndin bir kәndxudası kәndi idarә edirdi, cәmi kәndxudaları da İkramüddövlә idarә edirdi. Vәssalam.

Vә hәmin Nәzәrәli xanın әtrafındakı vәzirlәr ibarәt idilәr bir dәstә fәrraşdan ki, әllәrindә şallaq küçә-bacanı gәzib, xanın әmrini rәiyyәtә yetirirdi.

Vә lakin Nәzәrәli xanın tәk bircә nәfәr baş vәziri var idi ki, bunun adı Mirzә Sadıq Munşi cәnablarıdır ki, kәndli arasında Molla Sadıq adı ilә dә mәşhur idi.

Nәzәrәli xan da hәmin Mirzә Sadıq Münşi dә -- hәr ikisi olardı altmış, bәlkә altmış beş sinndә.

Xan özü çox xoşxasiyyәt nәzәrә gәlirdi ki, rәiyyәtlәrlә bunun arasında heç bir saxtalıq, bәdmәzaclıq mәn görmәdim. Amma fәrraşlara gәldikdә bunu әbәdәn söylәmәk olmaz. Vә orada gördüklәrimdәn bunu yadımda saxladım ki, dünyada zülm vә incitmәk ibarәt imiş Qaradağda xan fәrraşlarının rәiyyәt barәsindә tutduqları rәftarlarından.

Sübh tezdәn yuxudan oyanan kimi eşidirdik ki, rәiyyәtin birinin evindәn qiylü-qal sәsi gәlir. Mәlum olardı ki, fәrraş Әli Cәfәr, xanın evi üçün Kәrbәlayı Musadan iki girvәnkә yağ istәyir. Kişi evdә yoxdur. Arvad and içir ki, yağ yoxdu. Fәrraş Әli Cәfәr

arvadı söyüb yamanlayandan sonra qayıdıb gedir vә dübarә qayıdıb xanın tәsbehini gәtirir. Di çarә yox, yer deşiyindәn dә olmuş olsa, Kәrbәlayı Musanın arvadı yağı tapıb fәrraşı yola salır.

Çünki xanın tәsbehi gәrәk boş qayıtmaya.

Tәsbeh barәsindә bir neçә söz

Bir yana sifariş elәyәndә bir nişanә göndәrmәk qәdim adәtlәrin biridir. Nişanә göndәrmәk o vәdәlәr lazım olub vә olur ki, sifariş elәyәn, ya sifariş alan savadsız ola. Birisi öz evinә adam göndәrib bir şey istәyәndә bıçağını göndәrir vә qeyri birisi bir yerә

sifariş edә, açar göndәrir.

Nәzәrәli xan İkramüddövlә belә qayda qoymuşdu: qabaqca fәrraş gәlib rәiyyәtdәn bir şey istәrdi. Әgәr rәiyyәt verdi, verib, әgәr vermәdi, fәrraş bir-iki şallaq çәkib qayıdardı xanın üstünә vә ikinci dәfә xanın tәsbehini gәtirәrdi. Bu dәfә әgәr o hökmә әmәl

olundu, olunub, olunmadı -- dәxi fәrraş ixtiyar sahibidir; yәni o qәdәr ixtiyar sahibidir ki, әgәr xәncәrin çıxardıb "yox" deyәnin boynunu vursa, dәxi bilmirәm nә olar vә yәqin dә heç bir şey olmaz.

Mәn bir dәfә haman tәsbehi gördüm. Fәrraş bir kәndlidәn genә xanın evinә bir qoyun istәyirdi. Qoyun da yox idi. Fәrraş qayıdıb ikinci dәfә xanın tәsbehini gәtirdi. Kәndli fori ulağını verdi qonşusuna, bir keçi ilә bir qoyun aldı, qoyunu göndәrdi Nәzәrәlixana,

keçini ötürdü otlamağa.

Haman tәsbeh qara, narın dәnәli vә qırmızı ipәk sapa düzülmüş tәsbeh idi vә qeyri bir fәzilәti dә yox idi, savayı ondan ki, Nәzәrәlixanın tәsbehi idi.

Biz olduğumuz ev Kәrbәlayı Qurbanın yetimlәrinin evi idi. Evin sahibi yetimlәrin anası Pәri arvad idi. Biz eyvanda vә damın üstündә vaxtımızı keçirirdik, Pәri arvad da üç-dörd yetimlәrilә içәri evindә bir-iki baş heyvanları ilә olurdu; bir ulağ idi, bir inәk idi, bir-iki dә qoyun-keçi idi. Sәhәrlәr Pәri arvad süd sağıb uşaqlara bişirәndә mәn dә hәrdәn bir gedәrdim. Pәri arvad ağzında yaşmaq oraların keçәcәyindәn nağıl edәrdi. Arvadın yaşı әllini vә bәlkә әlli beşi keçmişdi; amma özü mәrtub, sifәti qaraşın, hündür vә salamat bir arvad idi. Әlahiddә bir gözәlliyi dә yox idi; amma belәcә babat idi.

Mәn bircә dәfә gördüm ki, Mirzә Sadıq Münşi sübh tezdәn Pәrinin ocağının başında oturub çubuq çәkir vә Pәri ilә danışırdı. İkinci dәfә dә gördüm ki, Mirzә Sadıq Münşi genә haman ocaq başında oturub çubuq çәkir; amma bu dәfә mәni görcәk işarә ilә

mәni çağırdı. Mәn dә getdim vә Pәri arvad mәnim dә altıma bir köhnә uşaq döşәkçәsi saldı. Mirzә Sadıq mәnә әylәşmәyi tәklif etdi. Oturdum.

Mirzә Sadıq üzünü mәnә tutub dedi:

"Cәnab Molla Nәsrәddin, mәn sәni bir allah bәndәsi hesab edib bu mәclisә dәvәt etdim ki, mәnim haqq sözlәrimә şahid olasan. Mәn bu saat sәndәn qabaq bu Pәri arvada tәklif etdim ki, müvafiq qayda allah-taala göstәrdiyi yol ilә mәnә siğә olsun."

Elәcә Mirzә Sadığın ağzından bu söz bәlkә hәlә çıxıb qurtarmamışdı, Pәri arvad elә atıldı geriyә, guya ayaqlarına od basdılar.

"Molla Sadıq Münşi, Molla Sadıq Münşi, o sözü danışma. O sözü danışma, o sözü danışma!...."

Vaqeәn Pәri arvad bu sözlәri elә bir әl-qol ata-ata dedi ki, mәn dik atıldım ki, istәdim qaçam. Hәrçәnd qaçmadım, amma yavaşca çıxdım getdim. Mәnim dalımca da Mirzә Sadıq Münşi çıxdı vә düz, dinmәz-söylәmәz çıxdı getdi.

Amma bir azdan sonra haman Mirzә Sadıq, yanıyca fәrraş Әli Cәfәr gәlib durdular Pәrinin hәyәt qapısının ağzında. Fәrraş Pәri arvadı harayladı. Arvad çıxdı qapının ağzına vә fәrraş xanın tәsbehini yuxarı qalxızıb, başladı әn uca sәslә demәyә:

"Pәri, Pәri, Pәri! Axund Sadıq Münşinin şikayәtinә görә xan bu tәsbehi göndәrdi ki, sәnә nişan verim. Yaxşı bax bu tәsbehә. Bu haman tәsbehdir ki, iki il bundan qabaq xanın fәrmayişinә ağ olan dәyirmançı Mehdini, bax, haman qayadan dәrәyә elә tulladı ki, uşaqları heç ölüsünü dә tapmadılar. Bu haman tәsbehdir ki, Orucәlinin evini yandırdı, uşaqlarını çölә dağıtdı. Aç gözlәrini, gör haman tәsbehdir, ya yox...."

Pәri arvad astanada ağzını yaşmaqla büküb, dәxi dinmәz-söylәmәz qulaq asırdı.... Qonşular da qulaq asırdı.

O da bir söz demәdi, Mirzә Sadıq da bir söz demәdi, fәrraş da dәxi bundan artıq danışmadı vә hamı dağıldı.

Bundan sonra bir neçә gün mәn görәrdim ki, Münşi Axund Mirzә Sadıq gәlir girir Pәri arvadın evinә vә orada ocaq başında oturub söhbәt edir.

Mәn dәxi ora getmәzdim vә mәni ora heç çağıran da olmazdı.

Bundan sonra ay yarım da Gәrmә-çataqda qaldım, sonra çıxdım getdim Әhәr şәhәrinә.
XS
SM
MD
LG