Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:09

Zahid Sarıtorpaq. Mücadiləsiz bir udum hava


yaddaşın qaranlıq dalanlarında
dumanlara girmiş bir fanarsayağı
közərməsəydi anıları bəzi günlərin
öləziyən işığıyla içinə ay doğurmasaydı
unudulmaqda olan çöhrəsi bəzi adamların
geriyə qanrılmadan bir ah çəkməklə
bitmiş bilərdi adam ömrün mücadilələrini

qumaş örtükləri altında nələr gizlənir zamanın -
xonçasında nələr aparır gərdişin axsaq sükutu
hər dəfə hiss edilmədən
toy səsi harda dönüşür vay səsinə
ciyər qanıyla harda bəslənir şübhələr
içərilərin qapıları taybataydısa haqqın üzünə
harda baltalanır ümid dediyimiz can tutalğacı

bütün bu soruların
cüzamlı üzünə baxmaq belə istəməzdi bu gün
bir udum havanı maneəsiz udduğuna
şükranlar edən adam
çünki doğrudan da o n u n üçün
yaşamın mənası o n d a d ı r yalnız
XS
SM
MD
LG